Xəzər Xəbər

Misirdə koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb

Dünya | 14:55 • 29 Mart 2020
Misirdə koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb

Misirdə COVID-19 virusundan ölənlərin sayı 36 nəfərə çatıb.

Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son bir sutkada xəstəlikdən 6 nəfər dünyasını dəyişib. Onların biri İtaliya, qalanları Misir vətəndaşıdırlar.

Nazirliyin məlumatında bildirilib ki, martın 28-də ölkədə koronavirusa 40 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 576 nəfərə çatıb. Virusa yeni yoluxanlardan biri İordaniya vətəndaşı, digərləri yerli sakinlərdir. Eyni zamanda, ötən gün 6 xəstə sağalaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam sağalananların sayı 122 nəfərdir.

Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed bildirib ki, hazırda ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Bundan başqa, Misirin 27 vilayətinin hər birində xüsusi xəstəxanalarda virusa yoluxanlar karantin şəraitində müalicə olunurlar.

Xəbər lenti