Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 400 nəfəri ötdü

Dünya | 13:03 • 29 Mart 2020
Ermənistanda koronavirusa yoluxanların sayı 400 nəfəri ötdü

Ermənistanda son sutka ərzində 52 nəfər koronavirusa yoluxub.

Xezerxeber.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, koronavirusa yoluxanların sayı 424 nəfərə çatıb.

Hazırda 331 nəfərin müalicəsi davam edir.

Bu günədək ölkədə üç nəfər virusdan həyatını itirib.

Xəbər lenti