Xəzər Xəbər

Keçən il Gürcüstanın xarici borcu ÜDM-in 105 faizindən çox olub

Dünya | 08:43 • 28 Mart 2020
Keçən il Gürcüstanın xarici borcu ÜDM-in 105 faizindən çox olub

Son hesablamalara görə, Gürcüstanın ümumi xarici borcu 2019-cu ildə 18,6 milyard ABŞ dolları təşkil edib. Bu da həmin il üçün ümumi daxili məhsulun (ÜDM) 105,1 faizinə bərabər olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının illik maliyyə hesabatında bildirilir.

Qeyd olunub ki, təkcə 2019-cu ilin dördüncü rübündə Gürcüstanın xarici borcu 729 milyon dollar artıb.

Xarici borcun 7,9 milyard dolları hökumətin payına düşüb ki, bu, ÜDM-nin 44 faizini təşkil edib. Bank sektorunun xarici borcu isə 4,5 milyard dollar təşkil edib.

Gürcüstan bütün borcların 89,6 faizi xarici valyuta ilədir.

Xəbər lenti