Xəzər Xəbər

Türkiyədə karantinə alınan kənd və qəsəbələrin sayı 12-yə yüksəlib

Dünya | 22:10 • 27 Mart 2020
Türkiyədə karantinə alınan kənd və qəsəbələrin sayı 12-yə yüksəlib

Türkiyədə koronovirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınan qəsəbə və kəndlərin sayı 12-yə yüksəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Qeyd edilib ki, bu ərazilərə giriş-çıxışlar dayandırılıb, yerli əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq olunub. Karantin bölgələrində xəstəliyin simptomları olan şəxslər nəzarətə alınacaq.

Nazir Türkiyədə iqtisadi, sosial və bir çox digər sahələr üzrə gündəlik həyatın 80 faiz durduğunu, şəhərlərarası sərnişindaşımada bu gecədən etibarən məhdudiyyətlərin tətbiq olunacağını bildirib. Ölkə ərazisində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyə ilə Yunanıstan arasındakı "Pazarkule” sərhəd-keçid məntəqəsində olan miqrantlar oradan geri gətirilib.

Xəbər lenti