Xəzər Xəbər

Britaniyanın Səhiyyə naziri də koronavirusa yoluxub

Dünya | 17:12 • 27 Mart 2020
 Britaniyanın Səhiyyə naziri də koronavirusa yoluxub

Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok koronavirusa yoluxub.

Sky News-un verdiyi xəbərə görə, Səhiyyə nazirinin COVID-19 testi pozitiv çıxıb.

Qeyd edək ki, bundan bir neçə saat öncə Britaniyanın Baş naziri Boris Consonun da koronavirusa yoluxduğu açıqlanıb. Britaniya Şahzadəsi Çarlz da koronavirusa yoluxanlar arasındadır.

Xəbər lenti