Xəzər Xəbər

Ermənistan Ordusunda koronavirusa yoluxma halları artır

Dünya | 14:49 • 27 Mart 2020
Ermənistan Ordusunda koronavirusa yoluxma halları artır

Ermənistanda hərbçilər arasında koronavirusa yoluxma halları artır.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, artıq 5 hərbi qulluqçuda koronavirus aşkarlanıb. 

Qeyd edək ki, bundan əvvəl Ermənistanda hərbçinin koronavirusa yoluxduğu açıqlanmışdı.

Son məlumata görə, Ermənistanda ümumilikdə koronavirusa 329 yoluxma faktı aşkarlanıb.

Xəbər lenti