Xəzər Xəbər

Özbəkistanda 11 həkim koronavirusa yoluxub

Dünya | 09:37 • 27 Mart 2020
Özbəkistanda 11 həkim koronavirusa yoluxub

Özbəkistanda koronavirus xəstələrinin müalicə olunduğu Elmi-Tədqiqat Virusologiya İnstitutunun 11 həkimi koronavirusuna yoluxub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev koronavirusla mübarizə tədbirlərinə dair keçirdiyi videoselektor müşavirəsində məlumat verib.

Dövlətin başçısı deyib ki, həmin həkimlər 100 milyon sum (10,5 min dollar) məbləğində birdəfəlik kompensasiya alacaqlar.

Xatırladaq ki, Özbəkistanda koronavirusa yoluxanların sayı 65 nəfərdir.

Xəbər lenti