Xəzər Xəbər

Rusiyada yaşayış binasında güclü yanğın zamanı 6 nəfər ölüb

Dünya | 09:32 • 27 Mart 2020
Rusiyada yaşayış binasında güclü yanğın zamanı 6 nəfər ölüb

Rusiyanın Yekaterinburq şəhərində 2 mərtəbəli təkgirişli taxta binada güclü yanğın baş verib.

Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədəRusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın zamanı 10 nəfər sərbəst şəkildə evi tərk edə biliblər.

Yanğın nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 6-sı ölüb.

Yanğının söndürülməsinə ümumilikdə 50 nəfər canlı qüvvə və 11 texnika cəlb olunub.

Xəbər lenti