Xəzər Xəbər

Fransada bir gündə koronavirusdan 365 ölüm faktı qeydə alınıb

Dünya | 08:40 • 27 Mart 2020
Fransada bir gündə koronavirusdan 365 ölüm faktı qeydə alınıb

Fransada koronavirusa yoluxanların sayı 29 min 155-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu haqda Səhiyyə baş direktoru Jerom Salomon mətbuat konfransında deyib.

Bildirib ki, ölkədə 13 min 904 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 3375-i reanimasiya şöbəsindədir. Fransa xəstəxanalarında koronavirusdan son 24 saat ərzində biri 16 yaşlı yeniyetmə olmaqla 365 ölüm, ümumilikdə isə 1696 ölüm qeydə alınıb. Bu günədək 4948 xəstə sağalıb.


Xəbər lenti