Xəzər Xəbər

Putin: Məcburi tədbirlər müvəqqətidir

Dünya | 17:43 • 26 Mart 2020
Putin: Məcburi tədbirlər müvəqqətidir

Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətin ölkədə yaxşılığa doğru dəyişəcəyini söyləyib.

Rusiya dövlət başçısı bu barədə sahibkarlarla görüşündə bildirib.

O vurğulayıb ki, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi xəstəliklə mübarizəni sürətləndirməyə imkan verir: "Məcburi tədbirlər müvəqqətidir. Lakin bu tədbirə nə qədər sərt olsa, o qədər də effektli olacaq və bunun müddəti də qısalacaq”.

Rusiya Prezidenti koronavirusla bağı vəziyyətin iki-üç aydan daha tez düzələcəyinə ümid etdiyini söyləyib: "Bir sıra ölkələrdə deyirlər ki, koronavirusla müharibə çox çəkəcək. Lakin biz bu vəziyyətdən çıxacağıq”. (APA)

Xəbər lenti