Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 77 nəfərə çatıb.
Bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ölkə üzrə karantində 4055, stasionar müalicədə isə 252 nəfər var, virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb.