Xəzər Xəbər

Rusiyada bütün sinaqoqlar bağlanacaq

Dünya | 09:21 • 25 Mart 2020
Rusiyada bütün sinaqoqlar bağlanacaq

Rusiya Yəhudi İcmaları Federasiyası (RYİF) Rusiyada sinaqoqların bağlanması ilə bağlı qərar qəbul edib.

Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə RYİF-nin mətbuat xidməti məlumat yayıb.

Qərarda qeyd edilib ki, dünyada koronavirusun yayılması ilə əlaqədar profilaktik tədbir olaraq belə bir addımın atılması məqsədəuyğun hesab edilib.

Həmçinin bildirilib ki, Rusiyanın baş ravvini Berel Lazar və Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Rabbi Alexandr Boroda tərəfindən müntəzəm ziyarət edilən sinaqoqlara, icma mərkəzlərinə, eləcə də uşaq təhsil müəssisələrinə qapadılmanı tövsiyə edən məktub göndərilib.

"Rusiyanın əksər bölgələrində koronavirus infeksiyasının yayılması rəsmi təsdiqini tapmasa da, sinaqoqların bağlanması qərarı profilaktik tədbir olaraq qəbul edildi”, - deyə məktubda vurğulanıb.

Xəbər lenti