Xəzər Xəbər

Türkiyədə koronavirusdan 44 nəfər vəfat edib

Dünya | 08:43 • 25 Mart 2020
Türkiyədə koronavirusdan 44 nəfər vəfat edib

Yeni növ koronavirusun Türkiyədə daha 7 nəfərin ölümünə səbəb olması nəticəsində dünyasını dəyişənlərin sayı 44-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir bildirib ki, martın 24-də daha 3952 şübhəli şəxs üzərində müayinə aparılıb. Onlardan 343-də virus aşkarlanıb. Beləliklə, Türkiyədə sözügedən infeksiyaya yoluxanların sayı 1872 nəfərdir.

Qeyd edək ki, bu vaxtadək Türkiyədə ümumilikdə 27 min 969 nəfər üzərində infeksiyaya qarşı test aparılıb.

Xəbər lenti