Xəzər Xəbər

Fransa Prezidenti: Ramazan, Pasxa, Pessax dini bayramları həmişəki kimi qeyd edilməyəcək

Dünya | 08:33 • 25 Mart 2020
Fransa Prezidenti: Ramazan, Pasxa, Pessax dini bayramları həmişəki kimi qeyd edilməyəcək

Cari ilin aprelində olacaq bütün dini bayramlar (Pasxa, Pesax və Ramazan) həmişə olduğu kimi qeyd edilməyəcək.

Xezerxeber.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ölkədəki dinlərin, (İslam, yəhudi, katolik, protestant, buddist, ortodoks), eləcə də, dünyəvi və franmason assosiasiyaların rəhbərləri ilə audiokonfrans keçirib. Konfransdan sonra Fransa Prezidenti qeyd edib ki, bu il dini bayramlar həmişəki kimi keçirilməyəcək. Dini bayramların virtual formada keçirilməsi mümkünlüyünə baxılmalıdır. Ölkədə koronavirus epidemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, dini bayramlar adət edildiyi kimi qeyd edilə bilməz.

Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 6-dan 12-ə qədər, Pessax (yəhudi pasxası) aprelin 9-dan 16-na təsadüf edir, Ramazan ayı isə aprelin 24-dən başlayacaq.

Xəbər lenti