Xəzər Xəbər

Mozambikdə 64 qaçqın yük maşınında ölü tapıldı

Dünya | 17:53 • 24 Mart 2020
Mozambikdə 64 qaçqın yük maşınında ölü tapıldı

Mozambikdə yük maşınında 64 qanunsuz miqrantın meyiti tapılıb.

"France-Presse” agentliyi bu barədə məlumat yayıb.

"Malavidən gələn, efiopiyalıolduqları ehtimal olunan qanunsuz mühacirləri daşıyan yük maşını nəzarət üçün Tete əyalətində dayandırılıb. 64 nəfər ölü, 14 nəfər sağ aşkar edilib”, - xəbərdə deyilir.

64 nəfərin boğularaq öldüyü təxmin olunur.

Xəbər lenti