Xəzər Xəbər

ABŞ-ın bu ştatında iş yerləri bağlanır Koronavirusa görə

Dünya | 14:22 • 24 Mart 2020
ABŞ-ın bu ştatında iş yerləri bağlanır

ABŞ-ın Vaşinqton ştatında yeni növ koronavirusun yayılmasına görə, həyati vacib olmayan iş yerləri bağlanır.

"Anadolu” agentliyi xəbər verir ki, ABŞ-da zəruri olmayan iş yerlərinin bağlanması və 7 milyon insanın evdə qalması tələb edilib.

Bu qərarın 6 aprelə qədər qüvvədə qalacağı bildirilir.

Vaşinqton ştatının qubernatoru Cey İnsli deyib ki, bu, təsəvvür edə bilməyəcəyimiz miqyasda insanlıq faciəsidir, "döyüşdə” qalib gəlmək üçün əmək sərf etmək lazımdır.

İnsli market, aptek, banklar və yanacaqdoldurma məntəqələrindən başqa bütün iş yerlərinin bağlandığını vurğulayıb.

Qeyd edək ki, Vaşinqton ştatında 110 nəfər koronavirusdan ölüb, 2 200 insan isə virusa yoluxub.

Xəbər lenti