Xəzər Xəbər

Paytaxtın 65 yaşlı sakinlərinə QADAĞA

Dünya | 17:39 • 23 Mart 2020
Paytaxtın 65 yaşlı sakinlərinə QADAĞA

Moskva şəhərinin 65 yaşdan yuxarı sakinlərinə və həmçinin xroniki xəstəlikləri olan insanlara martın 26-dan aprelin 14-nə kimi evdə qalmaları tövsiyə edilib.

Bu qərarı Moskva meri Serqey Sobyanin verib.

Sobyanin öz müraciətində vətəndaşlara bildirib ki, koronavirus infeksiyası, xüsusilə yaşlı, xroniki xəstə və immuniteti zəif olan insanlar üçün təhlükəlidir. Həyati vacib işlərdə işləyən rəhbər işçilərə və əməkdaşlara bu qərarın aidiyyatı yoxdur.

Qeyd edək ki, qərarda aptekə və mağazaya getmək üçün icazə var.

Xəbər lenti