Xəzər Xəbər

Virusa yoluxmuş şəxslərlə şəkil çəkdirmiş dünya çempionu test verməkdən imtina etdi

Dünya | 16:48 • 23 Mart 2020
Virusa yoluxmuş şəxslərlə şəkil çəkdirmiş dünya çempionu test verməkdən imtina etdi

"Formula-1” üzrə altıqat dünya çempionu Luis Hamilton koronavirusa görə test verməkdən imtina edib.

Virusa yoluxmuş ingiltərəli aktyor İdris Elba və Kanadanın Baş naziri Castin Trüdonunhəyat yoldaşı Sofi ilə şəkil çəkdirən britaniyalı pilotda da pandemiya olacağı ehtimal edilir. Lakin 35 yaşlı pilot test verməkdən imtina edib və səbəbini belə izah edib:

"İstədim ki, məndə hər şeyin yaxşı olduğunu biləsiniz. Özümü sağlam hiss edirəm və gündə iki dəfə məşq edirəm.

Mən virusun sıfır simptomları var. Sofi və İdrisi görməyimdən 17 gün keçib. İdrislə əlaqə saxlamışam. Sevindim ki, o da qaydasındadır.

Öz həkimimlə danışmışam. İki dəfə özümü ona göstərib testə ehtiyacımın olub-olmadığını soruşmuşam. Hazırda məhdud sayda testlər var. Məndən çox digər insanların buna ehtiyacı var. Məndə isə hər hansısa simptom görünmür”./oxu.az

Xəbər lenti