Xəzər Xəbər

Nazirdən qoruyucu maskaları gizlədən işbazlara XƏBƏRDARLIQ

Dünya | 15:34 • 23 Mart 2020
Nazirdən qoruyucu maskaları gizlədən

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bəzi firmaların depolarda maska gizlətdiyini açıqlayıb.

O, bu barədə məlumatı Səhiyyə naziri Fəxrəddin Qocadan alıb.

Bundan dərhal sonra Süleyman Soylu həmin firmalara Səhiyyə Nazirliyi ilə əməkdaşlıq etməli olduqları barədə xəbərdarlıq edildiyini bildirib:

"Əgər buna əməl etməsələr, başqa yola əl atmalı olacağıq. Allah şahiddir, 10-12 saat vaxtları var, bu işdən əl çəkməsələr, fabriklərini bağlayacağıq".

Xəbər lenti