Xəzər Xəbər

Yeni Zelandiyada qabaqlayıcı tədbirlərə başladı

Dünya | 15:16 • 23 Mart 2020
Yeni Zelandiyada qabaqlayıcı tədbirlərə başladı

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bazar ertəsi ölkənin ən yüksək həyəcan səviyyəsinə keçəcəyini, ehtiyac duyulmayan bütün xidmətlər, məktəblər və ofislərin növbəti 48 saat ərzində bağlanacağını bəyan edib.

Reuters xəbər verir ki, göstərişə əsasən, ölkədə bar, kafe, restoran və kinoteatrların fəaliyyəti dayandırılacaq. Lakin qərar supermarket və apteklərə şamil edilmir.

Baş nazir qeyd edib ki, ölkədə koronavirusa qarşı mübarizədə ciddi tədbirlər görməkdədir.

Xəbər lenti