Xəzər Xəbər

3 bankdan dəstək paketi: Qardaş ölkədə güzəştlər...

Dünya | 14:27 • 23 Mart 2020
3 bankdan dəstək paketi:

Türkiyədə 3 bank koronavirusla mübarizə çərçivəsində müəssisə və fiziki şəxslərə dəstək paketi təklif edib.

Ziraat Bankı bir neçə dəstək paketi ilə çıxış edib:

1. Şirkətlərə əlavə kredit xətti ayrılacaq. Buna görə bank martın 31-də ödəniləcək kredit borclarını təxirə salıb.

2. Ödəniş problemi olan müştərilərin mövcud kreditləri üçün 6 aya qədər güzəşt müddəti verilib.

3. Əmək haqqını Ziraat Bankı tərəfindən ödəyən şirkətlərin cari ilin fevralın sonuna qədər mövcud iş yerlərini azaltmaması şərti ilə önümüzdəki 3 ayda əmək haqqı xərcləri qədər əlavə limitlə təmin ediləcək.

4. Kreditli müştərilər tərəfindən bankda qeydiyyatlı olan çeklərin ödənməsi məqsədilə ümumi kredit limitlərinin artırılması və əlavə pul kredit limitinin ayrılması nəzərdə tutulur.

5. Aylıq kapitala olan tələbatı ödəmək üçün bu gündən etibarən korporativ kredit kartı və DBS limiti olan müştərilərin korporativ kart həddi artırılacaq.

Bundan başqa, Vakıfbank da 9 maddəlik dəstək paketini irəli sürüb. Dəstək paketində kredit ödənişinin çevikliyindən tutmuş bir çox maddələr yer alır.

Dəstək paketi hazırlayan banklardan biri də Xalq Bankdır. Bank həm fərdi şəxslər, həm də şirkətlər üçün kredit ödənişlərində güzəştlər ediləcəyini açıqlayıb.

axar.az

Xəbər lenti

Çox oxunanlar