Xəzər Xəbər

Alimlər: koronavirus təbii təkamül yolu ilə yaranıb

Dünya | 10:38 • 23 Mart 2020
Alimlər:

ABŞ-ın Skripps İnstitutunu təmsil edən bir qrup mütəxəssisin apardığı araşdırmalar nəticəsində koronavirusun təbii təkamül nəticəsində yarandığımüəyyən edilib.

Bu araşdırmaların nəticəsi "Nature Medicine” jurnalında dərc olunub.

Alimlər SARS-CoV-2 koronavirusunun genomlarını digər koronavirusların genomları ilə müqayisə ediblər.

Bununla birgə, SARS-CoV-2 koronavirusu bəşəriyyətə məlum olan başqa koronaviruslardan çox fərqlənir.

Mütəxəssislərin fikrincə ya koronavirus hansısa heyvanın bədənində indiki vəziyyətədək təkamül edib sonra insana keçib, ya da ki insan bədənində inkişaf edib./oxu.az

Xəbər lenti