Xəzər Xəbər

"Turkish Airlines" yalnız 5 şəhərə uçuşlar həyata keçirəcək

Dünya | 09:56 • 23 Mart 2020
"Turkish Airlines" yalnız 5 şəhərə uçuşlar həyata keçirəcək

Türkiyənin "Turkish Airlines" aviaşirkəti koronavirus səbəbilə 5 şəhər istisna olmaqla bütün beynəlxalq reyslərini dayandırır.

Bu barədə aviaşirkətin baş direktoru Bilal Ekşi açıqlama verib.

B.Ekşi bildirib: "Martın 27-dən aprelin 17-dək Honqkonq, Moskva, Əddis-Əbəbə, Nyu-York və Vaşinqton istisna olmaqla bütün xarici uçuşlarımızı dayandırırıq. Yük daşımaları davam etdiriləcək"./Publika.az

Xəbər lenti