Xəzər Xəbər

Putin İtaliyaya 6-cı hərbi təyyarəni göndərdi

Dünya | 09:52 • 23 Mart 2020
Putin İtaliyaya 6-cı hərbi təyyarəni göndərdi

Rusiyanın 6-cı hərbi təyyarəsi də İtaliyaya yola düşüb.

İl-76 təyyarəsi mütəxəssislər və tibbi avadanlıqlar, dezinfeksiya texnikaları aparıb.

Qeyd edək ki, Putin İtaliya Baş naziri Cüzeppe Konte ilə ötən gün telefon danışığı zamanı koronavirusla mübarizəyə dəstək sözü vermişdi. Bunun ardınca Putinin tapşırığı əsasında hərbi virusoloqlar və tibbi avadanlıqların göndərilməsi üçün Müdafiə naziri Şoyqu hazırlığa başlamışdı.

İlk təyyarə bu gün səhər saatlarında yola salınmışdı.

İtaliyada koronavirusdan ölənlərin sayı artıq 5 min 500-ə yaxınlaşır./axar.az

Xəbər lenti