Xəzər Xəbər

Şəhərdə iki-iki gəzmək qadağandır Almaniyadan ciddi qərar

Dünya | 09:34 • 23 Mart 2020
Şəhərdə iki-iki gəzmək qadağandır

Almaniyada koronavirusla mübarizə çərçivəsində insanların toplaşması qadağan edilib.

Qərar bazar günü Almaniya kansleri Angela Merkelin əyalət baş nazirləri ilə keçirdiyi telekörpü ilə görüşdə qəbul edilib.

İki həftə qüvvədə qalacaq qərara görə, iki nəfərdən artıq insanın görüşü qadağan edilib. Ailələr, həyat yoldaşları, peşə səbəbilə məcburi görüşlər, ictimai nəqliyyat və yaslar xaric hər kəs bu qadağaya əməl etməlidir.

Eyni zamanda, ölkədə fəaliyyət göstərən restoranların müvəqqəti bağlanılmasına qərar verilib. Bu qərar evlərə çatdırılma xidmətinə şamil olunmur.

Xəbər lenti