Xəzər Xəbər

Koronavirus hələ ən yüksək həddə çatmayıb Avropa ölkələri çıxılmaz vəziyyətdə

Dünya | 21:23 • 22 Mart 2020
Koronavirus hələ ən yüksək həddə çatmayıb

İspaniyanın Baş naziri Pedro Sançez koronavirusla bağlı vəziyyət barədə açıqlama verib.

O bildirib ki, hələ koronavirus pandemiyası İspaniyada ən yüksək həddə çatmayıb. Hökumət başçısının sözlərinə görə, indiyədək 1700-dən çox insan həyatını itirib. 25 mindən çox insan virusa yoluxub. Sançez virusla mübarizə aparmaq üçün lazım olan bütün addımların atılacağını bəyan edib.

Qeyd edək ki, koronavirus səbəbiylə İspaniyada fövqəladə vəziyyət elan edilib./publika.az

Xəbər lenti