Xəzər Xəbər

Sərnişin gəmisi mühasirəyə alındı - 1338 nəfər...

Dünya | 18:36 • 22 Mart 2020
Sərnişin gəmisi mühasirəyə alındı - 1338 nəfər...

Braziliyadan Portuqaliyaya üzən sərnişin gəmisi Lissabon limanında karantina alınıb.

Bu barədə Portuqaliya hökuməti məlumat yayıb. Bildirilir ki, gəmi koronavirus şübhəsiylə karantina alınıb. Açıqlamaya görə, gəmidə 1338 sərnişin var. Hazırda nəqliyyat vasitəsi nəzarət altındadır və sərnişinlərin gəmini tərk etməsinə icazə verilmir.

Bildirilir ki, onlar ətraflı yoxlamadan keçəndən sonra təxliyə ediləcək.

Koronavirus şübhəsi olan şəxslər isə nəzarətə götürüləcək. Gəmidə müxtəlif ölkə vətəndaşları var.

Qeyd edək ki, Portuqaliya hökuməti pandemiya səbəbiylə əcnəbilərin ölkəyə girişinə qadağa qoyub./Publika.az

Xəbər lenti