Xəzər Xəbər

Koronavirusa qarşı tədbirlər gücləndirilir BU GECƏDƏN ETİBARƏN küçəyə çıxmaq...

Dünya | 18:15 • 22 Mart 2020
Koronavirusa qarşı tədbirlər gücləndirilir

Avropada tüğyan edən yeni tip koronavirus pandemiyasının qarşısının alınması üçün tədbirlər gücləndirilir.

3 min 401 nəfərin virusa yoluxduğu Belçikada həbsxanalara giriş qadağan olunub.

Parklarda qalanlar məcburi şəkildə toplanaraq bəzi mərkəzlərə göndərilib. Hotellərdən biri 120 evsizə qapılarını açıb. Xaricdə köməksiz qalan 30 min vətəndaşın ölkəyə gətirilməsi üçün işlərə başlanıb.

Bosniya və Hersoqovinada yerli vaxtla 18.00-05.00 arasında küçəyə çıxmaq qadağan olunub.

Xorvatiyada insanlar bir-birilərilə 1,5 metr məsafə saxlamalıdır.

Albaniya Almaniya, Avstriya, İsveçrə və Macarıstana təyyarə reyslərini dayandıracaq.

Şimali Makedoniyada bu gecədən etibarən yerli vaxtla saat 21.00-06.00 arasında küçəyə çıxma qadağası qüvvəyə minəcək./publika.az

Xəbər lenti