Xəzər Xəbər

Pekinə gələn bütün xarici reyslər başqa şəhərlərə yönləndiriləcək

Dünya | 17:50 • 22 Mart 2020
Pekinə gələn bütün xarici reyslər başqa şəhərlərə yönləndiriləcək

Pekinə gələn bütün xarici reyslər martın 23-dən etibarən Çinin digər şəhərlərinin hava limanlarına yönləndiriləcək.

Çin Mülki Aviasiya Administrasiyası yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində belə qərar qəbul edib. Şanxay, Nankin, Sian, Teincin, Çindao da daxil olmaqla digər 12 şəhərin hava limanında enəcək təyyarələrin sərnişinləri pasport nəzarəti, gömrük prosedurlarını keçdikdən sonra tibbi müayinəyə cəlb olunacaqlar. Karantin yoxlanışını keçən sərnişinlər Pekinə uça biləcəklər.

Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına 314 yoluxma aşkarlandıqdan sonra Çin hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirib. Paytaxt Pekində xaricdən gələn 97 sərnişində virusa yoluxma aşkarlanıb.

Xəbər lenti

Çox oxunanlar