Xəzər Xəbər

Paytaxta dəhşətli hücum: 1 nəfər öldü, 2 azyaşlı yaralandı

Dünya | 15:27 • 22 Mart 2020
Paytaxta dəhşətli hücum:

Qiyamçı general Xəlifə Haftar Liviyanın paytaxtı Tripoliyə hücum edib.

Paytaxta atılan raket nəticəsində bir ailədən 1 nəfər dünyasını dəyişib, 2 azyaşlı yaralanıb.

Hadisə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Milli Barışıq Hökümətinin "Qəzəbli Vulkan” əməliyyatının Mətbuat Mərkəzi açıqlama yayıb.

Qeyd edək ki, Haftar ordusunun mətbuat katibi Əhməd əl-Mismari ötən gün verdiyi açıqlamada BMT və Avropa ölkələrindən yeni tip koornavirus pandemiyası səbəbilə gəkllən atəşkəs çağırışlarını məmnuniyyətlə qarşıladıqlarını bildirmişdi. Buna rəğmən, ordusunun hücumları davam edir./publika.az

Xəbər lenti