Xəzər Xəbər

Başqa çarəmiz yoxdur 5 minə yaxın insanın öldüyü ölkədən QƏRAR

Dünya | 14:28 • 22 Mart 2020
Başqa çarəmiz yoxdur

İtaliya koronavirus pandemiyasına görə strateji və vacib olmayan bütün istehsal fəaliyyətlərini dayandırır.

Bu barədə ölkənin Baş naziri Cuzeppe Konte danışıb.

Feysbuk hesabından canlı yayımla xalqa səslənən Baş nazir İtaliyanın II Dünya Müharibəsindən sonra ən çətin böhranla üzləşdiyini bildirib: "Bu böhranın əvvəlindən bəri şəffaf davrandıq. Xalqdan nəsə gizlətmədik. Hər gün çox sayda vətəndaşımızı itirməyin kədərini yaşayırıq. Gördüyümüz tədbirlər ciddidir, amma başqa alternativimiz yoxdur. Tədbirlərin təsirini görmək üçün zaman lazımdır. Qaydalara riayət olunmalıdır. Evdə qalmalıyıq”.

Konte ölkənin istehsal çarxını yavaşlatdıqlarını bildirib: "Bu, asan bir qərar deyil. Strateji və vacib olmayan bütün istehsal fəaliyyətlərini dayandırırıq. Sadəcə ağıllı iş sistemi və milli istehsalla bağlı olan fəaliyyətlərin aparılmasına icazə verəcəyik”.

Baş nazir insanların supermarketlərdə yarışmasına gərək olmadığını, qida məhsulları satan yerlərin, apteklərin, poçt və bankların işlərinə davam edəcəyinii vurğulayıb.

Qeyd edək ki, İtaliyada 42 min 681 nəfər koronavirusa yoluxub. 4 min 825 nəfər dünyasını dəyişib.

Ölkədə 3 aprelə qədər fövqəladə vəziyyət rejimi tətbiq olunacaq./publika.az

Xəbər lenti