Xəzər Xəbər

Bu ölkədə dünyanın ən xoşbəxtləri yaşayır Koronavirus belə onlara təsir etmir

Dünya | 14:16 • 22 Mart 2020
Bu ölkədə dünyanın ən xoşbəxtləri yaşayır

Artıq üçüncü ildir ki, Finlandiya dünyanın ən xoşbəxt ölkəsi kimi tanınıb.

BMT 20 martda qeyd olunan Beynəlxalq Xoşbəxtlik Günü ilə bağlı illik araşdırma aparıldıqdan sonra bu qənaətə gəlib.

Reytinq tərtib edilərkən araşdırma təşkilatçılarının nəzərə aldığı əsas amillərdən biri ölkəyə inam səviyyəsidir. Finlandiya, eyni zamanda, səlahiyyətlilərin koronavirusla mübarizə üçün tətbiq etdiyi ən yaxşı tədbirlər sayəsində ən xoşbəxt ölkə olaraq tanınıb.

Bu cəhətlərdən əlavə, adambaşına düşən ÜDM (Ümumi Daxili Məhsul), sosial sistemlərin iş keyfiyyəti, sağlam həyat müddəti, korrupsiya və azadlıq səviyyəsi də nəzərə alınıb.

Danimarka xoşbəxt ölkələrin reytinqində ikinci yeri tutub. Onu İsveçrə, İslandiya və Norveç izləyir. Lüksemburq ilk onluğunu bağlayır. Rusiya isə 73-cü yerdə qərarlaşıb./publika.az

Xəbər lenti