Xəzər Xəbər

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb

Dünya | 10:44 • 21 Mart 2020
Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ən azı bir naməlum mərmi atıb.

Bu barədə "Yonhap” agentliyi Cənubi Koreyanın hərbi qərargahına istinadən xəbər verir.

Qeyd edək ki, bu, ayın əvvəlindən Şimali Koreya tərəfindən aparılan artıq üçüncü sınaqdır. KXDR martın 2-də Yapon dənizi istiqamətindəiki mərmi atıb, martın 9-da isə kiçik mənzilli raketlərin müxtəlif növlərini sınaqdan keçirib./oxu.az

Xəbər lenti