Xəzər Xəbər

ABŞ-dan gözlənilməz: İrana yardıma hazırıq!

Dünya | 09:40 • 21 Mart 2020
ABŞ-dan gözlənilməz:

Koronavirusla bağlı İrana humanitar yardımlar sanksiyalara məruz qalmır.

XəzərXəbər Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O, ölkəsinin İrana yardım etməyə hazır olduğunu bildirib:

"Bütün dünya bilməlidir ki, İrana humanitar yardım kanalı geniş şəkildə açıqdır. Sanksiya altında deyil, İrana göndərilən dərman preparatlarına görə sanksiya tətbiq edilmir. Humanitar yardım üçün sanksiya yoxdur”.

Xəbər lenti