Xəzər Xəbər

Ərdoğandan Putinə: Çəkilin, bizi rejimlə baş-başa buraxın

Dünya | 15:26 • 29 Fevral 2020
Ərdoğandan Putinə:

Dünən hörmətli Putinə də dedim ki, sizin orda nə işiniz var? Baza quracaqsınızsa, yenə də qurun, amma bu anda bizim önümüzdən çəkilin, rejimlə baş-başa buraxın bizi. Biz lazım olanı edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Ərdoğan AKP-nin İstanbul millət vəkilləri ilə Dolmabaxça Ofisində görüşündə ötən gün Rusiya lideri Putinlə telefon müzakirəsi haqda danışarkən deyib.

Ərdoğan qeyd edib ki, Rusiyanın maraqlarının nə olduğu anlaşılmır:

"Əgər 2-3 ədəd baza istəyirlərsə, qursunlar. Bununla bizim bir dərdimiz yoxdur. Dünən gecə Tramp mənə deyir ki, Putinin nə gözləntisi var, nə istəyi var? "Qamışlıda da bir petrol olayı bunların”, - dedim. "Orada neftmi var” soruşdu, "var” dedim. Ona görə belə bir mənzərə ilə qarşı-qarşıyayıq”.

Ərdoğan qeyd edib ki, nə neft istəyir, nə torpaq: "Biz etibarlı bölgə yaradıb, sərhədlərimizi təminat altına almaq istəyirik. Bütün bunlardan sonra İdlibdə - 3-4 milyon insanın yaşadığı yerdə hər tərəfi amansızlıqla yerlə yeksan etdilər…”

Xəbər lenti