Xəzər Xəbər

İtaliya koronavirusla mübarizədə strategiyasını dəyişir

Dünya | 16:43 • 28 Fevral 2020
İtaliya koronavirusla mübarizədə strategiyasını dəyişir

Çinin Uxan şəhərindən başlayıb dünyanı təşvişə salan koronavirus təhlükəsi Avropada ən çox İtaliyanı iflic halına salıb. Ən son məlumatlara əsasən, bu ölkədə 650 yoluxma və 17 ölüm, habelə mindən çox yoluxma ehtimalı var.


Bütün bu hadisələr ölkə iqtisadiyyatına ağır zərbə vurur. İtaliyanın əsas turistik istiqamətləri olan Milan, Venesiya və hətta Romanın özündə belə turistlərin sayında ciddi azalma var. Bir çox aparıcı ölkələr İtaliyanın şimalı ilə birbaşa əlaqələrini dayandırıb. Milan Fond Birjası indiyədək olan ən böyük enişini yaşayır. Məktəblər və ali təhsil müəssisələri bağlanıb.


Hazırda İtaliya hökuməti vəziyyətdən çıxış yollarını axtarır. Bu fonda mərkəzi hökumət çaxnaşmanı aradan qaldırmaq və ölkənin dağıdılmış iqtisadiyyatını qorumaq üçün səhiyyə böhranını idarə etmək strategiyasında köklü dəyişiklik edilməsinə çalışır. Bu məqsədə çatmağın böyük üstünlüyü, ölkə daxilində və xaricində elmi ictimaiyyət ilə razılaşdırılmış müsbət xarakterli məlumatların yayılması və insanları sakitliyə səsləməkdir.


Romada xarici müxbirlərlə fevralın 28-də keçirdiyi görüşdə xarici işlər naziri Luici Di Mayo İsrail və ya Rusiya kimi bəzi ölkələrin vətəndaşlarına İtaliyaya getməməsi tövsiyəsindən şikayət edib. O deyib ki, vəziyyət nəzarət altındadır, şimaldan başqa hər yerdə məktəblərdə təhsil prosesi davam edir. Turistlər və investorlar heç nədən çəkinmədən gələ bilərlər. O deyib ki, virusun İtaliyada yayılmasında günahkar deyillər və ölkə bununla mübarizə üçün potensiala malikdir. İtaliyanın səhiyyə naziri Roberto Speranza və yoluxucu xəstəliklər mərkəzi olan "Spalanzani” xəstəxanasının direktoru Cüzeppe İppolito bildiriblər ki, koronavirusa yoluxmuş 45 nəfər artıq müalicə olunub. İtaliyanın bundan sonra da "COVID-19” simptomları olan insanlarda testlər keçirəcəyi də vurğulanıb. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti