Xəzər Xəbər

Aİ koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərinə 232 milyon avro ayırıb

Dünya | 15:44 • 28 Fevral 2020
Aİ koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərinə 232 milyon avro ayırıb

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv dövlətləri dəstəkləmək və koronavirus kimi tanınan COVID-19 virusu ilə mübarizə məqsədilə beynəlxalq səyləri gücləndirmək istiqamətində gecə-gündüz çalışır.


APA-nın xəbərinə görə, fevralın 24-də Avropa Komissiyası virusun yayılmasına qarşı qlobal miqyasda hazırlığın gücləndirilməsi və profilaktik tədbirlərin görülməsi üçün 232 milyon avronun ayrıldığını elan edib.


Bu vəsaitin bir hissəsi dərhal müxtəlif sahələrə yönəldiləcək. Yerdə qalan hissəsinin isə növbəti aylarda ayrılması nəzərdə tutulub.


"Yoluxma hallarının artması səbəbindən cəmiyyətin sağlamlığı nömrə bir prioritet təşkil edir. Virusun yayılmasına qarşı mübarizə üzrə hazırlıq tədbirlərinin Avropada, Çində, yaxud hər hansı başqa ölkədə görülməsindən asılı olmayaraq beynəlxalq icma birlikdə çalışmalıdır. Avropa bu məsələdə aparıcı rol oynamağı planlaşdırır", - deyə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.

Xəbər lenti