Xəzər Xəbər

Türkiyə hökuməti qanunsuz miqrantların ölkə ərazisindən keçərək Avropaya getmələrinə icazə verib

Dünya | 14:10 • 28 Fevral 2020
Türkiyə hökuməti qanunsuz miqrantların ölkə ərazisindən keçərək Avropaya getmələrinə icazə verib

Türkiyə hökuməti Suriyada Silahlı Qüvvələrə qarşı törədilmiş hücumdan sonra miqrantların ölkə ərazisindən keçərək Avropa İttifaqına üzv dövlətlərə keçmələrinə icazə verib.


Xezerxeber.az xəbər verir ki, artıq bununla bağlı ölkənin aidiyyəti qurumlarına, o cümlədən Sahil və Sərhəd Mühafizə xidmətlərinə, polis qurumlarına təlimat verilib.


Bu açıqlamadan sonra İstanbul başda olmaqla Türkiyənin müxtəlif bölgələrində olan qanunsuz miqrantlar Yunanıstana və Bolqarıstana keçmək üçün sərhədə doğru hərəkət edirlər. Hazırda "Pazarkule” (Yunanıstana) və "Kapıkule” (Bolqarıstan) sərhəd keçid məntəqələrində və Çanaqqalanın Ayvacık rayonunun sahillərində yüzlərlə miqrantın toplaşdığı bildirilir.

Miqrantların arasında suriyalılarla yanaşı, İran, İraq, Mərakeş və Pakistan vətəndaşları da var.

Xəbər lenti