Xəzər Xəbər

Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb

Dünya | 14:05 • 28 Fevral 2020
Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb

Cümə axşamı günün sonuna olan vəziyyətə görə, ümumilikdə 36117 pasiyent koronavirusdan sağalaraq Çin xəstəxanalarından evə buraxılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə İşləri üzrə Dövlət Komitəsi bu gün məlumat yayıb.


Komitədə bildiriblər ki, dünən hospitalı 3622 nəfər sağaldıqdan sonra tərk edib.


Fevralın 27-si günün sonunadək olan vəziyyətə görə Çində yeni növ koronavirusla 78824 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 2788 nəfər COVID-19 virusundan həyatını itirib.

Xəbər lenti