Xəzər Xəbər

Livan İsrail sərhədində QARŞIDURMA Silah səsləri eşidildi

Dünya | 09:36 • 28 Fevral 2020
Livan İsrail sərhədində QARŞIDURMA

İsrailə məxsus hücum qayıqları Livanın su sərhədini pozub. Ardınca qayıqdan atəş açılıb.

"TRT haber” xəbər verir ki, bu barədə Livan ordusundan açıqlama verilib. Məlumata görə, qayıqlar Livan ərazilərində 240 metr irəliləyib. Atəş açılan hədəflərin hansılar olduğu açıqlanmayıb.

Qeyd edək ki, Livanın Aralıq dənizində neft və qaz axtarışları həyata keçirməsi İsrailin etirazına səbəb olub./publika.az

Xəbər lenti