Xəzər Xəbər

İranda yenidən GÜCLÜ ZƏLZƏLƏ oldu

Dünya | 10:02 • 25 Fevral 2020
İranda yenidən

İranın Azərbaycan türklərinin yığcam yaşadığı Xoy şəhərində gecə saatlarında 4,3, daha sonra isə 3,7 bal gücündə zəlzələ olub.

Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, episentri Xoy ərazisində olan 4,3 bal gücündə yeraltı təkanların dərinliyi 7 km-də yerləşib. İkinci 3,7 bal gücündə zəlzələ isə 8 km dərinlikdə olub.

Xatırladaq ki, fevralın 23-ü Türkiyə - İran sərhəd bölgəsində 5,7 bal gücündə zəlzələ olub.

Xəbər lenti