ABŞ Prezidenti Donald Trampın Hindistan səfəri zamanı yüksək təhlükəsizlik tədbirləri görülüb.
"Ağ ev” rəhbərinin stadiondakı çıxışı üçün xüsusi tribuna hazırlanıb. Tribuna güllə keçirməyən şəffat şüşə ilə əhatələnib. Bundan əlavə, stadionun ətrafında xüsusi təyinatlılar mövqe tutub.
Qeyd edək ki, Tramp Əhmədabad şəhərində stadionun açılışında iştirak edib. O, 100 min nəfərə xitab edib./publika.az