Xəzər Xəbər

İranda muzeylərə giriş qadağan edildi

Dünya | 17:43 • 23 Fevral 2020
İranda muzeylərə giriş qadağan edildi

İranın Tehran, Kirmanşah, Qəzvin, Ərdəbil, Əlborz, Gilan, Mazandaran, Şərqi Azərbaycan və Gülüstan vilayətlərində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün məktəblər, universitetlər, uşaq bağçaları bağlanıb, kütləvi idman tədbirlər təxirə salınıb.

Səhiyyə Nazirliyinin həyata keçirdiyi profilaktik tədbirlərə baxmayaraq virus İranın vilayətlərinə yayılmaqda davam edir.

İranın Mədəniyyət Nazirliyi bütün konsert proqramlarını, teatr tamaşalarını, muzeyləri ziyarət etməyi və digər mədəni-kütləvi tədbirlərin keçirilməsini müvəqqəti qadağan edib. Tehran şəhərinin apteklərində tibb maskası və tibbi spirtin qiyməti kəskin şəkildə yüksəlib.

Bütün bunlara rəğmən Tehran bələdiyyəsi ictimai nəqliyyatı və metro vaqonlarını hər gün dezinfeksiya edir./Teleqraf.com

Xəbər lenti