Xəzər Xəbər

Sanders Co Baydeni qabaqladı

Dünya | 17:37 • 23 Fevral 2020
Sanders Co Baydeni qabaqladı

Senator Berni Sanders şənbə günü Nevadada fraksiyaların qurultayında qalib olub. Bununla da o, Demokratlar Partiyasından ABŞ Prezidentliyinə namizədlər arasında liderliyini möhkəmlədib.

Vermont ştatından olan liberal Sanders özünün yaxın rəqiblərini, o cümlədən İndianna ştatının Saut-Bend şəhərinin sabiq meri Pit Buttigegi, Massaçusets ştatından senator Elizabet Uorreni, Minnesota ştatından Emi Klobuçarı, sabiq vitse-prezident Co Baydeni və investor Tom Stayeri əhəmiyyətli dərəcədə qabaqlayıb.

Nevadada fraksiyaların qurultayı ABŞ-da Prezident seçkiləri gedişində səsvermənin mərhələlərindən biri hesab edilir, bu zaman ölkənin aparıcı iki partiyasından (Demokratlar Partiyası və Respublikaçılar Partiyası) olan nümayəndələr və fəallar ölkə prezidentliyinə daha uyğun namizədləri İrəli sürürlər./teleqraf

Xəbər lenti