Xəzər Xəbər

Fransa qəzeti Salmanın karikaturasını yaydı FOTO

Dünya | 17:05 • 23 Fevral 2020
Fransa qəzeti Salmanın karikaturasını yaydı

Məşhur fransız karikaturaçısı Jan Plantu Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın karikaturasını çəkib.

"Le Mond” qəzetində yayımlanan karikatirada Fransa Prezidenti Emmanuel Makron da yer alıb.

Karikaturada Makronun üzərində "Səudiyyə Ərəbistanı üçün” yazılmış içi silahla dolu olan qutunu Məhəmməd bin Salmana verdiyi qeyd olunub. Salman da, "Sənə bunun qarşılığında verəcək pulum yoxdur, amma sənə sələfiləri verə bilərəm”, deyir.

Fransız karikaturaçı bununla Fransanın Səudiyyə Ərəbistanına silah satımasına etiraz etmək istəyib./axar.az


Xəbər lenti