Xəzər Xəbər

Avropada koronavirus həyəcanı – Çempoinat oyunları təxirə salınır

Dünya | 16:55 • 23 Fevral 2020
Avropada koronavirus həyəcanı

Son günlərdə Avropa ölkələrində, xüsusi ilə İtalıyada koronavirusa yoluxma halları artıb.

Virusun yayılmasının qarşısının alınması məqsədilə İtaliya hökuməti təcili addımlar atmağa başlayıb.

Dünəndən etibarən ölkədə bir sıra kütləvi tədbirlər təxirə salınıb.

Bu gün isə İtaliya futbol çempionatının 3 qarşılaşmasının təxirə salınması ilə bağlı qərar verilib. Belə ki, İtaliya A seriyasının İnter-Sampdoriya, Verona – Kalyari və Atalanta- Sassuolu oyunları qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, son bir sutkada koronavirusdan 101 nəfər dünyasını dəyişib. Çində virusun beşiyi sayılan Vuhan şəhərində isə ölənlərin sayı ümumilikdə 2461-ə çatıb. İndiyədək 78767 nəfərdə virus aşkarlanıb ki, onlardan da 23196 nəfəri sağalaraq evə buraxılıb.

Xəbər lenti