Xəzər Xəbər

Bu soba görənləri heyrətə gətirir – Həm bişirir, həm də... - FOTO

Dünya | 14:53 • 23 Fevral 2020
Bu soba görənləri heyrətə gətirir

Türkiyənin Tekirdağ vilayətində maraqlı dizayn ilə hazırlanan soba görənlərin marağına səbəb olub.

Həm elektrik, həm də kömürlə işləyən soba içərisində hazırlanmış samovar və ocağı ilə işləyir. İçinə yerləşdirilən elektrik qurğusu ilə istiliyi çölə verməklə yanaşı, bişirdiyi yeməklərin dadı da çox ləzzətli olur.

Sobanı hazırlayanlardan biri olan Ercan Kalkan bildirib ki, əvvəllər çay bağçasına gələn müştərilər soyuqdan şikayət etməklə yanaşı, fərqli yeməklər sifariş edirdilər:

"Hamısını tək-tək etmək əvəzinə, bütün istəklərimizi bir sobada gerçəkləşdirdik. Sobada deşiklər qoyduq. İçindəki istiliyi elektrik qurğusu ilə xaricə ötürür. Bundan başqa, səhər kartof qovurmaq və şabalıd bişirmək üçün gələn müştərilər üçün arxaya da belə bir bir soba qoyduq. İnsanlar çox bəyəndilər”./teleqraf

Xəbər lenti