Xəzər Xəbər

Koronavirus sürətlə yayılır Dünya ölkələri təşvişdə

Dünya | 13:18 • 23 Fevral 2020
Koronavirus sürətlə yayılır

Müxtəlif ölkələrdə koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır.

Son məlumata görə, Yaponiyada yeni koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb. Buraya "Diamond Princess” kruiz laynerində qeydə alınan 634 nəfər də daxildir. İtaliyada isə virus səbəbindən bir çox tədbirlər təxirə salınıb.

Son günlərdə İran ərazisində də koronavirusa yoluxma hallarının çoxaldığı müşahidə edilir. İranda 11 əyalətdə məktəblərdə dərslərə fasilə verilib.

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 2200-ü keçib. Son günlər virusun yayılma dairəsinin sürətlə artdığı bildirilir./publika.az

Xəbər lenti