Xəzər Xəbər

Hərbi əməliyyatlar dayandırıldı Prezident ordunu geri çəkdi

Dünya | 12:31 • 22 Fevral 2020
Hərbi əməliyyatlar dayandırıldı

Əfqanıstan Təhlükəsizlik Qüvvələri Taliban qruplaşmasına qarşı bütün əməliyyatları dayandırıb.

Bu barədə prezident Məhəmməd Əşrəf Qani təlimat verib.

Prezident məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-Taliban sülh müzakirələri çərçivəsində ötən gün yerli vaxtla 00:00-dan etibarən ölkə miqyasında hücumları azaltmaqla bağlı qərarın qüvvəyə mindiyini bildirib. Taliban bu qərarı məmnuniyyətlə qarşılayıb.

Qani ölkədə fəaliyyət göstərən digər terror qruplaşmalarına qarşı əməliyyatların davam edəcəyini vurğulayıb. O, ABŞ-Taliban sülh müqaviləsinin imzalanmasından sonra Əfqan-Taliban cəbhəsində dialoqun başlanmasına əngəl qalmayacağını, bunun üçün bütün səviyyələrdə müzakirələrə hazır olduqlarını dilə gətirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ ilə Taliban qruplaşması arasında 2018-ci ilin dekabr ayında başlayan sülh müzakirələrini 5 sentyabr 2019-cu il tarixində Əfqanıstanda xidmətdə olan ABŞ əsgərlərinə hücumdan sonra dayandırmışdı. Sülh görüşləri Talibanın girov götürdüyü 2 amerikalını sərbəst buraxmasından sonra yenidən başlamışdı./publika.az

Xəbər lenti