Xəzər Xəbər

Türkiyə ordusu ŞİDDƏTLİ HÜCUMA keçdi: Ərdoğan və Putindən VACİB ADDIM

Dünya | 11:48 • 22 Fevral 2020
Türkiyə ordusu ŞİDDƏTLİ HÜCUMA keçdi:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Anadolu agentliyi xəbər verir ki, liderlər İdlibdəki vəziyyəti müzakirə ediblər. Prezidentlər İdliblə bağlı öhdəliklərə bağlı olduqlarını ifadə ediblər. Ərdoğan bildirib ki, bölgədəki vəziyyətin sabitləşməsi və humanitar fəlakətin dayandırılması vacibdir.

Bundan əlavə, telefon söhbəti zamanı Liviyadakı vəziyyət barədə də müzakirələr aparılıb.

Bu telefon söhbətindən bir neçə dəqiqə əvvəl İdlibdəki Türkiyə ordusu Suriya hökumət qüvvələrinin mövqelərinə növbəti dəfə top atışları həyata keçirib. Məlumata görə, Suriya ordusunun İdlibdəki yaşayış məntəqələrini hədəfə alması, türkiyəli hərbçilərin cavab atəşi açmasına səbəb olub.

Xəbər lenti